Keçmiş məhkum yenidən SAXLANILDI - Oğurluq... 

Keçmiş məhkum yenidən SAXLANILDI - Oğurluq... 

Hazırda oxunan: Keçmiş məhkum yenidən SAXLANILDI - Oğurluq... 

106423

Gəncə şəhərində müxtəlif vaxtlarda mağazalardan, gözəlik salonlarından və ofisdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov verib. 

Onun sözlərinə görə, şəhər ərazisindəki 1 ofisdən, 3 mağazadan və 2 gözəllik salonundan ümumilikdə 2605 manat pul və mobil telefon oğurlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, R.İbişov saxlanılıb.

Qeyd edək ki, R.İbişov keçmiş məhkum olub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO