Ermənistan türk mallarından imtina edə bilməyəcək - EKSPERT

Ermənistan türk mallarından imtina edə bilməyəcək - EKSPERT

Hazırda oxunan: Ermənistan türk mallarından imtina edə bilməyəcək - EKSPERT

1064

Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağa qoymaq fikrindədir. Bununla bağlı qərar layihəsi hazırlanıb ictimai müzakirəyə çıxarılıb.

Ekspertlərin fikrincə, Ermənistan bazarında olan Türkiyə məhsulları çox güman ki, İran və Gürcüstan ərazisindən daxil olur. Həmin ölkələr vasitəsilə Ermənistana daxil olan məhsulları Ermənistanın boykot etməsi Türkiyə iqtisadiyyatı üçün hər hansı bir təhlükə daşımır. Nəzərə alsaq ki, Cənubi Qafqazda Türkiyənin  böyük partnyorları Gürcüstan və Azərbaycandır.
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Bizim.Media-ya bildirir ki, Ermənistan Şərq - Qərb dəhlizlərindən asılı olan ölkədir. Təbii k, bu, onun iqtisadiyyatı üçün kifayət qədər ziyandır. Beynəlxalq təşkilatların hesabatlarında qeyd olunur ki, Ermənistan qoyduğu hədəflərə gedib çata bilməyəcək: “Birinci səbəb onun dağlıq ərazidə yerləşməsilə bağlıdır. Növbəti səbəb regionda Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin olmamasıdır. Beynəlxalq təşkilatlar Ermənistanın ixrac gecikmələrini göstərir. Çünki logistik daşınmanı Şimal xətti, yəni Gürcüstan vasitəsilə həyata keçirir. Nəticədə məhsul həm gecikir, həm də maya dəyəri baha olur. İdxal və ixrac əməliyyatlarında Azərbaycan Cənubi Qafqazda lider olduğu üçün Ermənistan Azərbaycan və Türkiyənin yaratdığı dəyər zəncirindən kənarda qalıb”.

Bölgərə yeganə İran İslam Respublikasıdır ki, Ermənistan üçün dəhliz rolunu oynayır. Nicat Hacızadə bildirir ki, İranla Ermənistan arasında ticarət dövriyyəsi o qədər də yüksək deyil. Çünki İran özü də müəyyən embarqolar altındadır, inkişaf etmiş bir çox dövlətlətlə münasibətləri soyuqdur. Ona görə də İran üçün Ermənistan, Ermənistan üçün İran həm investisiya baxımından, həm də  digər məsələlərlə bağlı elə də cəlbedici deyil. Bu baxımdan Ermənistan türk mallarından imtina edə bilməyəcək”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO