Çərşənbə günü polis İrəvanda müxalifətin etiraz aksiyasında iştirak edən 8 nəfəri saxlayıb.
Bizim.Media xəbər verir ki, “Sputnik Ermənistan”ın müxbirinə bu barədə Ermənistan polisinin media ilə əlaqələr şöbəsinin müdiri Zarzand Qabrielyan məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin Paşinyandan əsas tələbi
Mənbə bildirir ki, bu gün səhər "Vətənin xilası'' hərəkatının tərəfdarları parlamentin binası yaxınlığında toplanaraq "Məhkəmə Məcəlləsində dəyişiklik və əlavələr edilməsi haqqında" qanun layihəsinin müzakirəsini ləğv etməyi tələb ediblər.
Sənədə əsasən məhkəməyədək icraat (həbs, axtarış) üzərində məhkəmə nəzarətini həyata keçirən ixtisaslaşmış hakimlər institutu, habelə korrupsiya cinayətlərinə baxılması üçün məhkəmə strukturu yaratmaq lazımdır.
Mitinq zamanı etirazçıların üzlərinə Azərbaycanın gerbi və hakim “Mənim addımım” blokundan olan deputatların üzləri təsvir olunan broşuralar atıblar.
Müxalifət tərəfdarları "Mənim addımım"dan olan deputat Anuş Beqloyanın son zamanlar verdiyi bəyanatlara etiraz edərək, fraksiya həmkarlarına Bakının maraqlarını müdafiə etdiyini bildiriblər.
Aksiyalarda zaman-zaman kiçik davalar da baş verib. Vətəndaşlar "Nikol xaindir!", "Polis xaindir!" şüarlarını səsləndiriblər.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixindən etibarən Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanması elan edildikdən sonra İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər və yürüşlər başlayıb.
Bir sıra müxalifət qüvvələri müvəqqəti hökumətin başçısı vəzifəsinə vahid namizəd kimi Ermənistan İctimai Şurasının keçmiş sədri Vazgen Manukyanı irəli sürüblər. Ölkədə müxalif "Vətənin xilası'' hərəkatı yaradılıb.
Bizim.Media