Şəmkirdə odlu silahdan atəş açan şəxs İSTİ İZLƏRLƏ saxlanıldı 

Şəmkirdə odlu silahdan atəş açan şəxs İSTİ İZLƏRLƏ saxlanıldı 

Hazırda oxunan: Şəmkirdə odlu silahdan atəş açan şəxs İSTİ İZLƏRLƏ saxlanıldı 

106138

Şəmkir rayon Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü  Elsevər Məsimova ov tüfəngindən atəş açıb . 

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib.  

Onun sözlərinə görə, hadisə nəticəsində E. Məsimov heç bir xəsarət almayıb.  

Hadisə yerindən  yayınan N. Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının isti  izlərlə keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.  

Fakla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO