Azərbaycanın Rəqəmsal Məcəlləsi hazırlanacaq

Azərbaycanın Rəqəmsal Məcəlləsi hazırlanacaq

Hazırda oxunan: Azərbaycanın Rəqəmsal Məcəlləsi hazırlanacaq

106123

Azərbaycanda beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında Rəqəmsal Məcəllə hazırlanacaq. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanda öz əksini tapıb. 

Fərmana əsasən, elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi, “Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 5 sentyabr 2012-ci il tarixli, “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 12 yanvar 2018-ci il tarixli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart 2018-ci il tarixli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 12 sentyabr 2018-ci il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərmanda öz əksini tapıb. 

Fərmana görə, Nazirlər Kabineti Məcəllənin layihəsini 9 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO