“İllərdir maliyyə hesabatı verməyən partiyalar var...” – Yeni qanun layihəsinə REAL-dan ETİRAZ, AMİP-dən TƏKLİF

“İllərdir maliyyə hesabatı verməyən partiyalar var...” – Yeni qanun layihəsinə REAL-dan ETİRAZ, AMİP-dən TƏKLİF

Hazırda oxunan: “İllərdir maliyyə hesabatı verməyən partiyalar var...” – Yeni qanun layihəsinə REAL-dan ETİRAZ, AMİP-dən TƏKLİF

106069

Xəbər verdiyimiz kimi, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə bir sıra dəyişikliklər edilib. Xüsusən də, partiyaların qeydiyyatı qaydaları, maliyyə məsələləri və seçkidə iştirakı ilə bağlı müddəalara düzəlişlər olunub.

Layihənin yeni variantı ilə bağlı müxalifət partiyalarının fikirlərini öyrəndik.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan REAL-ın icra katibi Natiq Cəfərli layihənin partiyalaşmanın fəlsəfəsinə uyğun olmadığını qeyd edib:

“Siyasi partiyalar haqqında qanun faşizm, dini və etnik ayrıseçkilik ideologiyasına mənsub olan partiyaların fəaliyyətinə qarşı yönəlməli idi. Üzv və ya təsisçilərin sayının qanunla tənzimlənməsinə ehtiyacın olduğunu düşünmürəm.
Digər tərəfdən, partiyamızın 14 təklifimizdən yalnız 1-i ilə bağlı ictimai müzakirələr getdi. Həmin müddəa da, ard-arda 2 seçkiləri boykot edən partiyaların qeydiyyatı ləğv edilsin. Məntiq isə bundan ibarəti idi ki, 2 parlament 10, 2 prezident seçkiləri isə 14 il tələb edir. Bir partiya ard-arda 14 il seçkidə iştirak etməyəcəksə, nə işlə məşğul olacaq? Yəni, bu müddəa cəmiyyəti seçkilərə təşviq etməklə bağlı idi ki, o da layihədən çıxarılıb”.

REAL funksionerinin  sözlərinə görə, partiyaların qeydiyyatı məsələsi də seçkilərə bağlı olmalıdır:

“Məsələn, partiya parlament seçkilərində iştirak edib, 5 min səs toplaya bilirsə, bu, qeydiyyat üçün yetərli olmalıdır. Təəssüf ki, bunların heç biri nəzərə alınmadı və məsələyə kommersiya qurumlarına olduğu kimi yanaşıldı”.

Natiq Cəfərli layihənin bu formada qəbulunun bir sıra siyasi partiyaların ləğvi ilə nəticələnəcəyi qənaətindədir.

Onun sözlərinə görə, müəyyən partiyaların ləğvi üçün əlavə qanuna ehtiyac yox idi:

“Sadəcə maliyyə hesabatlarını MSK-ya təqdim etməyən partiyaların ləğv olunması yetərlidir və illərdir maliyyə hesabatı təqdim etməyən partiyalar var”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə fərqli düşünür:

“Təbii ki, ilkin layihədən fərqli olaraq, yeni variant daha yumşaldılmış formadadır. Həm dinləmələrdə, həm də partiyaların əlavə olaraq qeyd etdikləri irad və təkliflər yeni variantda nəzərə alınıb. İndiki layihə yenilənmiş variantda daha mütərəqqi hesab oluna bilər”.
AMİP sədri qanun layihəsində partiya üzvlərinin identifikasiyası ilə bağlı məlumatların verilməsini doğru hesab etmədiyini bildirib:

“İdentifikasiya kodlarının verilməsi şəxsi məlumatların gizliliyinin pozulmasıdır və hesab edirəm ki, bu müddəa layihədən çıxarılmalıdır. Lakin yeni variantda partiyaların qeydiyyatı üçün tələb olunan üzv sayı azaldılıb, sənədlərin toplanması üçün lazım olan müddət isə artırılıb. Hesab edirəm ki, parlamentdəki birinci və ikinci oxunuşda da əlavə təkliflər nəzərə alınacaq. Ümid edirik ki, qəbul ediləcək qanun partiyalaşma institutunun inkişafına töhfə verəcək”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO