Brilliant Dadaşova: “Ağlıma gəlməyən şeyləri həyatıma yapışdırıblar” - VİDEO

Brilliant Dadaşova: “Ağlıma gəlməyən şeyləri həyatıma yapışdırıblar” - VİDEO

Hazırda oxunan: Brilliant Dadaşova: “Ağlıma gəlməyən şeyləri həyatıma yapışdırıblar” - VİDEO

106038

“Bəzən köhnə mahnıları tanımadığımız sənətçilər korlayırlar. Son zamanlar mən yeni ifaçılardan uzaqlaşmışdım. Çünki mənə pis təsir edir ki, mahnıları korlayırlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Elgizlə izlə” ictimai-sosial verilişinə zəng edərək, canlı efirə qoşulan Xalq artisti Brilliant Dadaşova deyib.

Dadaşova bildirib ki, illərlə onun haqqında xoşaqəlməz şayiələr yayılıb, böhtanlar atılıb. 

“Həmişə xoşlamamışam ki, kədərimi bölüşüm. İstəmişəm ki, sevincli anlarımı tamaşaçılarla paylaşım. Bəzən tamaşaçılar, daha çox rəqiblər bundan istifadə edir, olmayan söhbətlər çıxarırlar. Ağlıma gəlməyən şeyləri həyatıma yapışdırıblar.
Danışmadığıma görə, qoşub düzüblər. Şayiələr çoxaldıqca insanlar ona daha çox inanır. Deyirlər, yalanlar 20-30 il davam edəndə həqiqətə çevrilir. İnandıra bilmirsən ki, bu dedi-qodudur, böhtandır”, - deyə B.Dadaşova qeyd edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO