Olqa “Jony”dən yoxsa Sergeydən dünyaya uşaq gətirəcək? - FOTO

Olqa “Jony”dən yoxsa Sergeydən dünyaya uşaq gətirəcək? - FOTO

Hazırda oxunan: Olqa “Jony”dən yoxsa Sergeydən dünyaya uşaq gətirəcək? - FOTO

105876

Rusiya və MDB ölkələrində “Jony” ləqəbi ilə məşhurlaşan azərbaycan müğənni Cahid Hüseynlidən dünyaya uşaq gətirmək istədiyini açıqlayan televiziya ulduzu Olqa Buzova fikrindən daşınıb. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında izləyicisindən gələn “Uşaq istəyirsiniz?” sualına Olqa verdiyi cavabı ilə diqqətləri üzərinə cəmləyib. 

“Bəli, çox istəyirəm. Əvvəl qız, sonra isə oğlan. Hətta adlarını da çoxdan düşünmüşəm. Amma övladlarımın yalnız sevdiyim adamdan dünyaya gəlməsini istəyirəm. İstəyirəm ki, öladlarımın mehriban valideynləri, evi, ailəsi olsun”, - deyə Olqa bildirib. 

Digər izləyicisinin “Yerli məşhurlardan kimdən övlad dünyaya gətirmək istəyirsiniz?”sualına Buzova Rusiyanın pop ulduzu Sergey Lazarevlə birgə çəkilmiş fotosunu paylaşaraq bu sözlərini yazıb. 
“İnanmayacaqsınız, amma həqiqətən uşaqlarımı Sergey Lazarevdən (red. - rusiyalı müğənni, iki övladı var) dünyaya gətirərdim. O, ağıllı, istedadlı və təcrübəsi olan atadır. Və çox yaraşıqlıdır”, - deyə televiziya ulduzu bildirib. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO