Gədəbəydə atasını öldürən oğul tutuldu - DİN

Gədəbəydə atasını öldürən oğul tutuldu - DİN

Hazırda oxunan: Gədəbəydə atasını öldürən oğul tutuldu - DİN

105808

Gədəbəydə atasını döyərək xəsarətlər yetirən və xəstəxanada aldığı zədələrdən ölən V. Cəfərovun oğlu polis tərəfindən saxlanılıb. 

Bu barədə açıqlamanı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Gədəbəydə arvadını bıçaqlayan kişini ailə üzvləri döyüb öldürdü - DETALLAR


Onun sözlərinə görə, Gədəbəy rayon sakini Vaqif Cəfərovun bıçaqla ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi və V. Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıb. 

İlkin araşdırmalar nəticəsində V. Cəfərovun ölümündə şübhəli bilinən oğlu, Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq  istintaqa təhvil verilib, hazırda rayon prokurorluğunda cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO