Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı - Gənclər Şurasının sədri 

Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı - Gənclər Şurasının sədri 

Hazırda oxunan: Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı - Gənclər Şurasının sədri 

10577

“Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində öz aktiv fəaliyyəti ilə seçilir.

Gənclərimiz bu gün parlamentdə, dövlət orqanlarında, bələdiyyələrdə və digər sahələrdə təmsil olunur və öz töhfələrini verirlər.

Gənc nəslin yüksək vətənpərvərlik ruhunda olması xüsusilə Vətən müharibəsi müddətində fədəkarlıqları və qəhrəmanlıq nümayişi bunun bir daha bariz nümunəsidir”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Göygöl Gənclər Paytaxtı elan edildi


O, bildirib ki, şuranın fəaliyyətində gənclərin bilik və bacarığının inkişaf etdirilməsinə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına yönəltməyi əsas vəzifə kimi qarşıya qoyub.

“Bizim gənc olaraq bir arzumuz, amalımız var idiş İşğal olunmuş torpaqlarımızın azad olunması. Artıq tarixi qələbəmiz bizi arzularımıza qovuşdurub. Gənclər təşkilatlarının 44 günlük Vətən müharibəsində göstərdikləri əzmi və informasiya müharibəsində bir yumruq olaraq birləşərək aktivliyi danılmazdır.

Gənclər təşkilatlarının iştirakı ilə “Qarabağda quruculuq işləri" adlı görüşdə də təşkilatların necə həvəsli və yüksək motivasiyalı olması irəli sürdükləri təkliflərdə öz əksini tapırdı. Dəfələrlə gənclər təşkilatlarının nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər barədə təklif və arzularını dilə gətiriblər.

Otuz ildir planlaşdırılan layihələrin Qarabağımızda həyata keçiriləcəyi düşüncəsi gənclərin fəaliyyətini daha da stimullaşdırır və onlar ölkəmizin inkişafı, xüsusilə Qarabağın tərəqqisi üçün qətiyyətlilik və əzmkarlıq nümayiş etdirirlər”.


A.Əliyev həmçinin qeyd edib ki, artıq bir sıra fəal gənclər təşkilatlarının Qarabağla bağlı yeni layihələri ictimaiyyətə təqdim edilib.

Onun sözlərinə görə, bu layihələrin icrası Milli Şura üçün də olduqca prioritet məsələdir. O, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bu layihələrin böyük rol oynayacağını da vurğulayıb. 

Sonda NAYORA-nın sədri Azərbaycan gənclərini təbrik etməyi də unutmayıb: 

“Mən gənclər günü münasibətilə Azərbaycan gənclərini təbrik edir və fəaliyyət göstərdikləri istiqamətdən asılı olmayaraq, uğurlu olmalarını və gəncliyimizi yerli və beynəlxalq arenada layiqincə təmsil etməklərini arzulayıram”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO