Paşinyan Qarabağ Müdafiə Ordusunu ləğv edir – Minasyandan AÇIQLAMA 

Paşinyan Qarabağ Müdafiə Ordusunu ləğv edir – Minasyandan AÇIQLAMA 

Hazırda oxunan: Paşinyan Qarabağ Müdafiə Ordusunu ləğv edir – Minasyandan AÇIQLAMA 

10570

Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın sözlərinə görə, ölkənin mövcud vəziyyətinin günahkarı hazırkı rəhbərlikdir.

Bizim.Media Erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan Qarabağ Müdafiə Ordusunu ləğv etmək barədə razılığa gəliblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın keçmiş səfiri: Paşinyan hakimiyyətin əvəzinə Meğrini təslim etdi


Bu barədə Minasyan öz Facebook səhifəsində yazıb. 

"Sabah bir daha təəccüblənməməyiniz üçün deyim ki, Nikol və Vaqarşak Arutyunyan Qarabağ Müdafiə Ordusunu yaxın gələcəkdə ləğv etmək barədə razılığa gəliblər, onlar bu barədə üzərlərinə öhdəlik götürüblər”, -  deyə o, qeyd edib.

Minasyan onu da vurğulayıb ki, bundan sonra ordunun əvəzinə daxili qoşunların olacağının heç bir əhəmiyyət yoxdur. 

Onun sözlərinə görə, bundan sonra Qarabağ təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilməyəcək:

"Bunun yeganə günahkarı Nikol Paşinyandır. O, öz “missiyasını” sona qədər yerinə yetirir”.
Xatırladaq ki, Minasyan Ermənistana gəldiyi təqdirdə həbs ediləcək.

O vəzifəsindən sui-istifadə, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatlar vermək ittihamları ilə axtarışa verilib.

Haşiyə: Minasyan Arutyunyanın da, Paşinyanın da Moskvada imzalanan sazişin müddəalarını yerinə yetirməkdən başqa yollarının olmadığını yaxşı bilir. Sadəcə bu əcaib millətin məğlubiyyətlərini boyunlarına almamaqları açıqlamaları kimi əcaibdir. 

Vüsalə Balayeva, Bizim, Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO