Macarıstan səfiri İştvana İydyarto Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media “RBK-Ukraina”ya istinadən xəbər verir verir ki, bu barədə Ukrayna XİN-dən bildirilib.
Səbəb isə Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna ərazilərinin Macarıstana aid olduğunu əks etdirən şərfdən istifadə etməsi olub.
Xatırladaq ki, V.Orban daha əvvəl Macarıstan və Yunanıstan milli komandaları arasında Budapeştdə keçirilən matçda “Böyük Macarıstan” xəritəsini əks etdirən şərflə görünüb. Həmin xəritəyə görə, indiki Serbiya və Ukraynanın bölgələri də Macarıstana daxildir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:45 / 22.11.2022
Macarıstan səfiri Ukrayna XİN-ə çağırıldı - FOTO
Hazırda oxunan: Macarıstan səfiri Ukrayna XİN-ə çağırıldı - FOTO
Hazırda oxunan: Macarıstan səfiri Ukrayna XİN-ə çağırıldı - FOTO
105682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.