İmişlidə ƏMƏLİYYAT: Qohumuna dələduzluq edən şəxs tutulub – FOTO 

İmişlidə ƏMƏLİYYAT: Qohumuna dələduzluq edən şəxs tutulub – FOTO 

Hazırda oxunan: İmişlidə ƏMƏLİYYAT: Qohumuna dələduzluq edən şəxs tutulub – FOTO 

105636

İmişlidə dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların pullarını mənimsəyən Beyləqan rayon sakini Hüseyn Həsənov  saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, H.Həsənov bir nəfər qohumunun etibarından istifadə edərək ona üzləşdiyi problemim həlli istiqamətində köməkliklər göstərəcəyi barədə yalan vədlər verib və zərərçəkənin 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Əgər H.Həsənovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin İmişli RPŞ-nə məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO