Zaqatalada daşqın təhlükəsi varmı? - FOTO

Zaqatalada daşqın təhlükəsi varmı? - FOTO

Hazırda oxunan: Zaqatalada daşqın təhlükəsi varmı? - FOTO

105621

Böyük Qafqazın cənub yamaclarında yerləşən Şəki-Zaqatala iqtisadi rayonlarının dağ çayları dağıdıcı olduğundan yaz-yay və payız aylarında sel daşqınları baş verir, yaşayış məntəqələri, əkin sahələrinə zərər dəyir.

Bizim.Media-nın yerli bürosu bildirir ki, belə dağıdıcı çaylardan biri Zaqatalanın Muxax çayıdır.

Çayın əhatəsində 12 kənd yerləşir. Bu kəndlərdə isə 30 min nəfərə yaxın əhali yaşayır. Həmin ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək, əkdikləri kənd təsərrüfatı bitkilərini qorumaq üçün texnikalar vasitəsi ilə çay məcraları mütəmadi olaraq təmizlənir.
Hazırda Zaqatala Melioservis İdarəsi Muxax çayda bu işləri həyata keçirir. Bundan başqa, çay məcralarının təmizlənmə işləri rayon ərazisindən keçən Tala çayda, Qax rayonu ərazisindən axan Kürmük və Qara çayda da davam edir.

Hazırda Qara çayın məcrası təmizlənir, çaya gələn lilli suyun maneəsiz olaraq kənd ərazilərindən ötüb keçməsi təmin olunur.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO