Bu ölkə Avropa İttifaqının köməyi ilə hərbi gücünü artırmaq istəyir

Bu ölkə Avropa İttifaqının köməyi ilə hərbi gücünü artırmaq istəyir

Hazırda oxunan: Bu ölkə Avropa İttifaqının köməyi ilə hərbi gücünü artırmaq istəyir

105586

Rusiya və Ukrayna arasındakı müharibə qonşu ölkələri ayıq-sayıq olmağa vadar edir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən ölkələrdən biri də Moldovadır.

Belə ki, rəsmi Kişinyov ölkənin təhlükəsizliyi üçün Moldovanın müdafiəsini gücləndirməyi planlaşdırır.

Bunu ölkənin xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku deyib.

O, bildirib ki, martın əvvəlindəki kimi olmasa da, hazırda təhlükəsizlik baxımından çox çətin vəziyyətdəyik:

“Regionda baş verənlər bizə müdafiə imkanlarımıza yenidən baxmağa vadar edir. Moldova müdafiə qabiliyyətini genişləndirməyi planlaşdırır. Ölkə Rumıniya, Fransa, Almaniya və yardım vəd etmiş digər Aİ ölkələrinin köməyi ilə öz hərbi potensialını gücləndirmək niyyətindədir”.

Qeyd edək ki, bundan əvvəl Moldova Prezidenti Maya Sandu Rusiyadan gələ biləcək təhlükə ilə bağlı ordunun gücləndirilməsinin vacibliyini bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO