Noyabrın 19- u axşam saatlarında İsmayıllı şəhəri ərazisində piyadanın ölümü ilə bağlı yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat vermişdik.
Bizim.Media-nın yerli bürosuna DİN-in Şəki regional qrupundan bildirilib ki, qəza ilə bağlı araşdırmalar aparılır.
İsmayıllı rayon polis şöbəsində aparılan ilkin araşdırmalarla yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları bəlli olub.
Belə ki, sürücü Arif Mirzəyevin idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 43 yaşlı Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant imiş.
Hazırda piyadanın ölümü ilə bağlı rayon polis şöbəsində araşdırmalar davam edir. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Tural Rasim oğlu, Bizim.Media. Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:50 / 21.11.2022
İsmayıllıda polkovnik-leytenant ağır QƏZADA ÖLÜB
Hazırda oxunan: İsmayıllıda polkovnik-leytenant ağır QƏZADA ÖLÜB
Hazırda oxunan: İsmayıllıda polkovnik-leytenant ağır QƏZADA ÖLÜB
105424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.