Göyçayda baş redaktor ailəsi ilə birgə qəzaya düşdü

Göyçayda baş redaktor ailəsi ilə birgə qəzaya düşdü

Hazırda oxunan: Göyçayda baş redaktor ailəsi ilə birgə qəzaya düşdü

105408

Göyçayda yük və minik avtomobillərinin toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, qəza nəticəsində minik avtomobilində olan “Göyçay” qəzetinin baş redaktoru Abdulla Əliyev və ailə üzvləri xəsarət alıblar. Apa.az-ın məlumatına görə, yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin ilkin rəyinə əsasən, Abdulla Əliyevin vəziyyəti ağırdır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax yolunun 209-cu kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO