Cəlilabad rayonunda 3 yaşlı uşaq kimyəvi maye içərək, zəhərlənib.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini 3 yaşlı Bazarova Leyla Tahir qızı kimyəvi rəng qarışdırıcısını (rastvaritel) içib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlıya zəruri tibbi yardımlar göstərilib.
Daha sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:02 / 20.11.2022
Cəlilabadda 3 yaşlı uşaq kimyəvi maye içdi - ZƏHƏRLƏNDİ
Hazırda oxunan: Cəlilabadda 3 yaşlı uşaq kimyəvi maye içdi - ZƏHƏRLƏNDİ
Hazırda oxunan: Cəlilabadda 3 yaşlı uşaq kimyəvi maye içdi - ZƏHƏRLƏNDİ
105401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.