Şəkidə bu məktəb qəzalı vəziyyətdədir - VİDEO

Şəkidə bu məktəb qəzalı vəziyyətdədir - VİDEO

Hazırda oxunan: Şəkidə bu məktəb qəzalı vəziyyətdədir - VİDEO

105387

Şəki rayonunun Köndələn kənd tam orta məktəbi qəzalı vəziyyətə düşüb. Şagirdlərin belə şəraitdə təhsil alması hər kəsi narahat edir.

Bizim.Media xəbər verir ki, məktəbin divarlarında iri çatlar var, döşəməsi yararsız vəziyyətdədir. Tavanın çökməsi isə an məsələsidir.

1936-cı ildən fəaliyyət göstərən məktəbdə hazırda 516 şagird təhsil alır.

Məktəbin direktoru Aytən Yusifova bildirib ki, mövcud durumla bağlı aidiyyəti üzrə müraciətlər olunub.

Məsələ ilə bağlı Şəki -Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov bildirib ki, idarənin  tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri növbəlilik əsasında təmir edilir.

''Köndələn kənd tam orta məktəbinin vəziyyəti ilə bağlı müvafiq qurumlara məlumat verilib. Məktəb binasının yenidən tikilməsi nəzərdə tutulub'', - deyə o, əlavə edilib.

Mövzu ilə bağlı daha ətraflı XƏZƏR TV-nin videomaterialında:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO