Suriya Türkiyəni atəşə tutdu - 8 polis yaralandı

Suriya Türkiyəni atəşə tutdu - 8 polis yaralandı

Hazırda oxunan: Suriya Türkiyəni atəşə tutdu - 8 polis yaralandı

105386

Suriya ərazisindən Türkiyənin “Oncupinar” sərhəd-keçid məntəqəsinin çoxlüləli qumbaraatandan atəşə tutulması nəticəsində 8 türk polisi yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Mənbə yazır ki, hücum terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin (XÖQ) silahlıları tərəfindən həyata keçirilib.

"Terrorçu PKK/XÖQ döyüşçüləri bu gün Kilis şəhərinin “Oncupinar” sərhəd-keçid məntəqəsindəki polis xüsusi təyinatlı dəstəsinin bazasını Tel Rifaat ərazisindən minaatanlardan atəşə tutub. Hücum nəticəsində 8 təhlükəsizlik qüvvələrinin əməkdaşı yaralanıb”, məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO