Daşkəsəndə qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı - FOTO

Daşkəsəndə qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı - FOTO

Hazırda oxunan: Daşkəsəndə qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı - FOTO

105214

Daşkəsəndə qəbiristanlıqlardan oğurluq edən şəxslər saxlanılıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

Onun sözlərinə görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əmirvar kənd qəbiristanlığından oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Röyal Ocaqverdiyev, Hafiz Ocaqvediyev və Daşkəsən rayon sakini Mətləb Əkbərov müxtəlif vaxtlarda kənd qəbirstanlığındakı bir neçə qəbrin dəmir barmaqlıqlarını oğurlayıblar. 

Şübhəli şəxslər saxlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov Bizim Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO