Ermənistandakı Rus bazasının görüntüləri yayıldı

Ermənistandakı Rus bazasının görüntüləri yayıldı

Hazırda oxunan: Ermənistandakı Rus bazasının görüntüləri yayıldı

1052

Bizim.Media Rusiyanın "Aviapro" portalına istinadən xəbər verir ki, yaydığı məlumata görə, rəsmi Moskva Ermənistanın "Erebuni" aviabazasına 13 ədəd MiQ-29 qırıcısı təyyarə göndərib. Portal bununla bağlı peyk görüntülərini də təqdim edib. Portal indiyədək Ermənistanın HHQ sıralarında MiQ-29 qırıcılarının yer almadığını da əlavə edib. Təyyarələrin nə vaxt göndərildiyi haqqında isə hər hansı məlumat verilməyib.

Peyk görüntülərində təyyarələrlə yanaşı aviabazada 13 helikopterin də yer aldığı görünür. Bu qədər texnikanı nə məqsədlə Ermənistana göndərildiyi isə bilinmir. Portal eyni zamanda aviabazada Rusiyanın bu qədər texnikasının olmasına rəğmən Dağlıq Qarabağdakı hərbi əməliyyatlara müdaxilə etmədiyini və münaqişənin sülh yolu ilə tənzimlənməsinə çalışdığını da qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO