“Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması qaçılmaz oldu” - VİDEO

“Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması qaçılmaz oldu” - VİDEO

Hazırda oxunan: “Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması qaçılmaz oldu” - VİDEO

105176

Xəbər verdiyimiz kimi, oktyabrın 6-da Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan telekanallarına  müsahibə verib. Suallardan birini dövlət başçısı belə cavablandırıb:

“Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-rəsmi əlaqələri davam etdirməyi planlaşdırırıq. Artıq bir müddətdir ki, belə təmaslar aparılır. Və düşünürəm ki, bu, hələ də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan ermənilər tərəfindən tam başa düşüləcək. Çünki onların Azərbaycan cəmiyyətinə inteqrasiyasından başqa çıxış yolları yoxdur. Kim hesab edir ki, Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, məncə, peşman olmayacaq. Kiməsə uyğun gəlmirsə, o zaman  özü üçün başqa yaşayış yeri seçəcək".

Bizim.Media xəbər verir ki, bu fikirlər caliber.az saytının hazırladığı videomaterialda yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sülhməramlıların Qarabağda İKİNCİ İLİ – Nəyi bacardılar, nəyi yox?


Mənbə xatırladır ki, Prezident Əliyev nə deyirsə, mütləq edir. Onun xarakterindəki bu xüsusiyyət Azərbaycan dövlət başçısının az qala "vizit kartı"na çevrilib.

Bu gün Arayik Arutyunyanın və onun bütün ünsürlərinin oturduğu Xankəndindəki binanın üzərində Azərbaycan bayrağının asılması zaman məsələsidir. Bu qaçılmazdır və gedən proseslər geridönməzdir.

Bizim üçün ən ağır illərdə də hər bir azərbaycanlı buna əmin olub. Bu gün də o fikri əminliklə deyə bilərik!

Prezident Əliyev digər çıxışında “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, rus xalqından oğurlanmış milyardlarla pulla cibini dolduran Vardanyan kimi adamlarla yox.
O, Moskvadan xüsusi olaraq bura  göndərilib. Yeri gəlmişkən, Qarabağda yaşayan insanlarla danışıq prosesi artıq başlayıb” fikirlərini səsləndirib.

Əgər belədirsə, onda sülhməramlıların gələcəyi əvvəlkindən daha qaranlıq görünür və bu klounun (Vardanyan nəzərdə tutulur) Qarabağa gəldiyi  Azərbaycan sərhədində keçid məntəqəsinin yaradılması həmişəkindən daha realdır.

Daha ətraflı videoda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO