Bu gün İspaniyanın Madrid şəhərində NATO Parlament Assambleyasının 68-ci illik toplantısı işə başlayır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı NATO-nun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, sessiyalarda Ukraynaya dəstək, Rusiyanın başlatdığı müharibəyə münasibət, NATO-nun iyunda keçirilən toplantısında qəbul edilən qərarların icrası, NATO-nun çəkindirmə və müdafiə mövqeyinin gücləndirilməsi, kibertəhlükəsizlik məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, illik toplantı bu gündən başlayaraq 4 gün davam edəcək.
İclaslarda NATO-ya üzv 30 ölkə və 21 ölkədən 288 parlament və qurumlar bir araya gələcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:03 / 18.11.2022
NATO Parlament Assambleyasının iclası keçirilir – Bu mövzular müzakirə olunacaq
Hazırda oxunan: NATO Parlament Assambleyasının iclası keçirilir – Bu mövzular müzakirə olunacaq
Hazırda oxunan: NATO Parlament Assambleyasının iclası keçirilir – Bu mövzular müzakirə olunacaq
105151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.