Müəllimlərin işə qəbulu üzrə müsahibələrin tarixi açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsahibələrin tarixi açıqlandı

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə müsahibələrin tarixi açıqlandı

10514

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsinə 5 fevral tarixindən başlanılacaq.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu mərhələdə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat artıq göndərilib. Onlayn müsahibə mərhələsinə 2948 nəfər dəvət olunub. 

 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bilindi


Müsahibələr "Microsoft Teams" platforması üzərindən keçiriləcək. 

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla da tanış olmağı tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO