Ağdaşda abidələrin üzərindəki reklam lövhələri söküldü - FOTO

Ağdaşda abidələrin üzərindəki reklam lövhələri söküldü - FOTO

Hazırda oxunan: Ağdaşda abidələrin üzərindəki reklam lövhələri söküldü - FOTO

105128

Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən Ağdaş şəhərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə monitorinq həyata keçirilib. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib. 

Monitorinq zamanı 10-dan çox abidənin üzərində qanunsuz yerləşdirilən reklam lövhələrinin obyekt sahibləri tərəfindən sökülməsi təmin olunub. 

Bir daha mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri abidələrimizin, eləcə də şəhərlərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO