Ötən gün qəfil vəfat edən Azərbaycan Ordusunun hərbçisi, mayor Elşad Paşayev ata yurdu Şabranın Zeyvə kənd məzarlığında torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dəfn mərasimində hərbçi dostları, qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon icra hakimiyyətinin və digər dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, sakinlər və yaxınları iştirak ediblər.
Qeyd edək ki, 40 yaşlı Elşad Paşayev aprel döyüşlərində və Vətən Müharibəsində iştirak edib. Mərhum ötən gün Tərtərdə yaşadığı evdə qəfildən dünyasını dəyişib. Mərhumun 3 övladı vardı.
Allah rəhmət eləsin!
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:11 / 18.11.2022
Ötən gün vəfat edən Azərbaycan Ordusunun mayoru torpağa tapşırıldı – FOTO
Hazırda oxunan: Ötən gün vəfat edən Azərbaycan Ordusunun mayoru torpağa tapşırıldı – FOTO
Hazırda oxunan: Ötən gün vəfat edən Azərbaycan Ordusunun mayoru torpağa tapşırıldı – FOTO
105097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.