Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı 3 nəfər xəsarət alıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Sakit Qocayev küçəsində “Toyota” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Orxan Abbasov stop nişanına məhəl qoymayaraq sürətlə əsas yola daxil olub.
Bu zaman əsas yolda olan “VAZ-2107” markalı avtomobil “Toyota”ya dəyərək aşıb. Aşan nəqliyyat vasitəsi baş yolda sola dönmək istəyən Cavidan Məmmədovun idarəetməsində olan “Mercedes”ə çırpılıb. Qəza nəticəsində “Toyota”nın sürücüsü O. Abbasov və sərnişinlər - 1998-ci il təvəllüdlü Elvin Həsənli, 1974-cü il təvəllüdlü Vadim Limocenko ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin təhqiqatçısı hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Hər üç avtomobil cərimə meydançasına yerləşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:02 / 18.11.2022
Bakıda zəncirvari QƏZA - Yaralananlar var
Hazırda oxunan: Bakıda zəncirvari QƏZA - Yaralananlar var
Hazırda oxunan: Bakıda zəncirvari QƏZA - Yaralananlar var
105014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.