“Hamımızı Arif Yunus satmışdı” – Cümşüd Nuriyevin Elçibəy və Nemət haqqında XATİRƏLƏRİ

“Hamımızı Arif Yunus satmışdı” – Cümşüd Nuriyevin Elçibəy və Nemət haqqında XATİRƏLƏRİ

Hazırda oxunan: “Hamımızı Arif Yunus satmışdı” – Cümşüd Nuriyevin Elçibəy və Nemət haqqında XATİRƏLƏRİ

104940

“Meydan hərakatının parçalanmasında erməni əsillilərin çox böyük “xidməti” oldu. Çox təəssüf ki, onların bəziləri bu gün də mövqe sahibləridirlər”.

Bu fikri politoloq Cümşüd Nuriyev Bizim.Media-ya 17 noyabr Dirçəliş Günü haqda xatirələrini bölüşərkən söyləyib.

O, bildirib ki, 17 noyabrdan 4 dekabra qədər mən meydanda olmuşam. Və bir çox hadisələrin də canlı şahidiyəm. Meydanda Firudin Cəlilovun rəhbərliyi ilə nümayiş komitəsi yaradıldı. Birinci 2 günü Ənvər Əliyev mitinqi apardı. Sonra Nemət Pənahlı aparıcılığı ələ aldı. Ayın 23-də fövqəladə vəziyyət elan olundu. Firudin müəllimgil gedib komendantla danışdılar ki, “bizə 1 gün vaxt verin. Sabah meydanı özümüz dağıdaq”. Məqsəd o idi ki, biz Moskvaya əzələ göstərmək istəyirdik. Onlara anlatmaq istəyirdik ki, bu kortəbii çıxış deyil. Mərkəzləşdirilmiş idarəçiliyi olan ümumxalq mitinqidir. İlkin razılıq da əldə edilmişdi”.
 

MÖVZU İLƏ BAĞLI:

17 Noyabr Meydan hərəkatının “KeQeBeşnikləri” – Onların əli ilə törədilən QƏTLLƏR


Milli birliyi kimlər parçaladı?

Politoloq əldə olunan razılığın meydanda elan olunduğunu bildirib:

“Lakin, Nemət harasa yoxa çıxdı. Bir müddətdən sonra gəlib elan etdi ki, “burada KQB-nin adamları var. Onlar satqındırlar”. Yəni, adımı sənə qoyum, səni də yana-yana. Və həmin gün meydan parçalandı.

Ziyalılarla birgə istəyirdik ki, mitinqi özümüz dağıdaq və istədiyimiz vaxt da yenə toplayaq. Lakin, bir dəstə adam bizimlə razılaşmadı. Və meydanda çadır qurdular. Rəhmətlik Əbülfəz Elçibəy də həmin çadırda oturanlardan idi. Halbuki, milli hərakat ilk dəfə həmin palatkaların qurulmasıyla xəyanətə uğradı. Bir neçə ziyalı palatkada oturanlarla dialoq yaratmaq istədi. Lakin, Nemətin təxribatı ilə dialoq alınmadı və palatkalar qaldı”. 

Mitinqlərdə toplanan milyonların müəmmalı sonu

Cümşüd Nuryev həmin palatkaların o zaman daha çox çirkin işlərə xidmət etdiyini qeyd edib:

“Həm milli birlik sarsıdılırdı, həm də mitinqə edilən milyon manatlarla vəsait o palatkada bölüşdürülürdü. Çox təəssüf ki, mitinqə yığılan milyonların taleyi bu gün də qaranlıq qalır. Nemətgil o pulu neynədi, bilinmir. Mitinqə təkcə pul yox, külli miqdarda qızıl gəlirdi. Hətta qoyunlar da gətirilib orda saxlanılırdı ki, iştirakçılara yemək paylanılsın”.

Cümşüd Nuriyev bir maraqlı məqama da toxunub: 

“O zaman, Yusif Səmədoğlunun adına bank hesabı açılmışdı. O hesaba milyonlar yığıldı. Və o milyonlarla biznes quranlar indi də millətə ağıl öyrədir.

Azərbaycanda ziyalı sözü ilk dəfə 23 noyabr 1988-ci ildə hörmətdən salındı. Bunun səbəbkarı da Əbülvəz Elçibəy və Nemət Pənahlının çox aktiv olduğu palatkada oturanlar idi. Əbülfəz bəyə Allah rəhmət eləsin. Bu gün istəməzdim ki, onun haqqında pis söz deyim. Amma bu bir faktdır ki, Elçibəy hər zaman Nemətin yanında idi”.
Anası erməni olan satqınlar

Politoloq onu da bildirib ki, dekabrın 5-i meydan dağıdıldı və xeyli insan həbs olundu:

“Onların arasında mən də var idim. Dindirmə zamanı çox qəribə idi ki, Nemət çox sərbəst hərəkət edirdi və izahat yazan adamlara öz dediyini yazdırmağa çalışırdı. Qəribədir ki, rus müstəntiqlər də Nemətə bir söz demirdi. Həbsdən çıxanda bildim ki, həbs olunanları Leyla Yunusun əri Arif Yunus satıb. Ona kimi bilmirdim ki, Arifin də anası ermənidir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO