ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı Nikol Paşinyana çağırış edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.
“Mən baş nazir Paşinyanı noyabrın 7-də Vaşinqtonda xarici işlər nazirlərinin danışıqlarından sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının impulsunu saxlamağa çağırdım.
Birləşmiş Ştatlar bu istiqamətdə səylərini davam etdirir”, - deyə o, qeyd edib.
Bizim.Media
I urged Prime Minister Pashinyan to sustain momentum on peace negotiations between Azerbaijan and Armenia following the foreign ministers’ talks in Washington on November 7. The United States remains committed to these efforts.
— Secretary Antony Blinken (@SecBlinken) November 16, 2022