Estoniyanın XİN başçısından Rusiyanı qəzəbləndirəcək təklif - Ukraynaya yardım artırılsın

Estoniyanın XİN başçısından Rusiyanı qəzəbləndirəcək təklif - Ukraynaya yardım artırılsın

Hazırda oxunan: Estoniyanın XİN başçısından Rusiyanı qəzəbləndirəcək təklif - Ukraynaya yardım artırılsın

104566

Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Rusiyanı qəzəbləndirəcək təkliflə çıxış edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, estoniyalı nazirin təklifi Ukraynaya yardımın artırılması ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ 


Onun fikrincə, Avropa İttifaqı (Aİ) Ukraynaya dəstək modelini dəyişməli və bu ölkəyə yardımın həcmini 5 dəfə artırmalıdır.

XİN başçısının sözlərinə görə, Avropa ölkələri Ukraynaya fərqli yanaşma, fərqli dəstək paradiqması tətbiq etməlidir, çünki indiki temp kifayət deyil.

“Vəziyyətə gələcək perspektivdə nəzər salaq. Ukraynanın ÜDM-i Aİ-nin ÜDM-nin 1 faizini təşkil edir. Hazırda bütün mübarizə Ukraynada aparılır. Bu mübarizəyə böyük xərclər çəkilir. Avropa isə onları ölkə ÜDM-inin təxminən beşdə biri ilə dəstəkləyib”, - Estoniya XİN başçısı deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO