Farmokoloq: “Azərbaycanda təcili dərman zavodları açılmalıdır, əks halda...”

Farmokoloq: “Azərbaycanda təcili dərman zavodları açılmalıdır, əks halda...”

Hazırda oxunan: Farmokoloq: “Azərbaycanda təcili dərman zavodları açılmalıdır, əks halda...”

10440

Xəbər verildiyi kimi, Tarif Şurası 50 dərman vasitəsinin qiymətini dövlət qeydiyyatına alıb.

Beləliklə ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12442 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Qeyd edək ki, 2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan olan Tarif Şurası bu preparatlarla bağlı müntəzəm olaraq qiymətlərdə dəyişiklik edir.

Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra, aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artıb.

Ölkədə qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin apteklərdə fərqli rəqəmlərlə satılması hallarına rast gəlinir. Bəzi dərman preparatları tamamilə yoxa çıxıb. Artıq dərmanların da “qara bazar”ı yaranıb ki, bəzi yoxa çıxan dərman vasitələrini orada tapmaq mümkün olur.

Bu gün ən ciddi problem Azərbaycanda dərmanların geniş istehsal olunmamasıdır. Ölkədə keyfiyyətli dərman tapmaq mümkün deyil.

Eyni adda preparat digər ölkələrdə müxtəlif keyfiyyətlərdə və qiymətlərdə təklif olunur.

Ekspertlər bu halları Azərbaycanda dərman istehsalının olmaması və azad rəqabətin formalaşmaması ilə əlaqələndirirlər. 

Farmokoloq Aydın Əliyev Bizim.Media-ya açıqlamasında yerli dərman istehsalının əhəmiyyətindən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu adamlara peyvənd vurmaq olmaz – Professor detalları açıqladı


Onun sözlərinə görə, yerli istehsal olarsa, keyfiyyətsiz dərmanların Azərbaycana gəlişi ləngiyər və azalar:
 

“Xaricdən gələn dərmanlara çox ciddi nəzarət olunmalıdır. Dərmanın tərkibindən başqa onun bioloji aktivliyi də yoxlanılmalıdır. Pandemiya dövründə dərmanların keyfiyyətinin nə qədər aktiv olduğunu artıq dərk etmişik.


Bu gün təbii, kimya  və kadr potensialı Azərbaycanda dərman sənayesini formalaşdırmağa imkan verir. Vacibdir ki, dərman istehsalına nəzarət edək və keyfiyyətinə də özümüz cavab verək. Biz dərmanların canlı insan orqanizminə təsir xüsusiyyətlərini öyrənirik”. 

Aydın Əliyev Azərbaycanda Farmokologiya Elmi Tədqiqat İnstitutunun yaradılması təklifi ilə çıxış edib:

“Dərman maddəsini canlı orqanizmə təsirini müəyyən edəndə, bu, bütün bədənin ayrı-ayrı orqanları ilə ələqəli olur. Bunun müsbət və mənfi tərəfləri var. Ona görə də zavodlarımız təcili açılmalı, yerli xammaldan, sintetik maddələrdən, kimya sənayesindən, mütəxəssislərimizdən istifadə edərək problemləri həll edə bilərik. Hesab edirəm ki, hökumət həmin məsələyə bir daha qayıdacaq və dərman zavodlarının istehsalı haqqında olan söhbətlər reallaşacaq”. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla dərman preparatlarının istehsalı prosesinin kifayət qədər mürəkkəb olduğunu deyib:
 

“Hətta Sovet dövründə də Azərbaycanda mürəkkəb dərmanlar istehsal olunmayıb. Mürəkkəb kimyəvi strukturlu dərman preparatlarını hazırlamaq üçün kifayət qədər yüksək mütəxəssislər - texnoloqlar və kimyaçılar lazımdır.


Bütün bunlar hazırlanmalı və zavodlar fəaliyyət göstərməlidir. Azərbaycan ilk növbədə Avropanın və Türkiyənin tanınmış zavodları ilə müştərək dərman istehsalına başlaya bilər”.

Həkim dərman maddələrinin keyfiyyət parametrlərinə də toxunub:
 

“Üstünə yazılmış ölkənin dərmanlarını o ölkədə tapmaq mümkün deyil. Təəssüflər olsun ki, bu cür dərman maxinasiyaları da var. Bu baxımdan dərman bazarı çox ciddi şəkildə təftiş edilməli və monopoliyadan azad edilməlidir.


Dərman təhlükəsizliyi milli təhlükəsizliyi konsepsiyasının tərkib hissəsidir. Bunu nəzərə almaq lazmdır. Azərbaycanda birdəfəlik şpris istehsalına başlanıb. Çox güman ki, bu proses mərhələli şəkildə gedəcək. Amma hər halda ölkədə geniş dərman istehsalına başlanılmalıdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO