“İstanbulda terror aktını ABŞ sifariş edib” - Türkiyənin “Vətən” partiyasının lideri 

“İstanbulda terror aktını ABŞ sifariş edib” - Türkiyənin “Vətən” partiyasının lideri 

Hazırda oxunan: “İstanbulda terror aktını ABŞ sifariş edib” - Türkiyənin “Vətən” partiyasının lideri 

104398

Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçek İstanbulda terror aktının törədilməsinə göstərişin ABŞ-dan verildiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.

“Hücumun arxasında duran güc aydındır. Hansı terror təşkilatının tətiyi çəkməsinin fərqi yoxdur, əmri ABŞ verir. PKK və buna buna bənzər təşkilatlar Vaşinqtondan idarə olunur”, - Perinçek bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Taksim terroruna görə daha 2 nəfər SAXLANILDI  - YENİLƏNİB


Xatırladaq ki, noyabrın 13-də İstanbulun mərkəzi rayonlarından birində, İstiqlal piyada küçəsində partlayış baş verib. Türkiyə Ədliyyə Nazirliyi bunun terror aktı olduğunu bəyan edib. Partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Türkiyə hakimiyyəti hücumda şübhəli bilinən şəxs haqda informasiya yayıb.

Bildirilib ki, qadın faciə baş verən skamyada təxminən 45 dəqiqə oturub. Ayağa qalxanda partlayış olub. Həmin gecə isə qadın güc strukturları tərəfindən İstanbulda kirayədə qaldığı evdə ələ keçirilib. Onun PKK-ın göstərişilə ilə Suriyanın Afrin şəhərindən gəldiyi açıqlanıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, Ankara İstanbuldakı terror aktı ilə bağlı ABŞ səfirliyinin başsağlığını qəbul etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO