REAL televiziyası bir ildir ki Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban haqında film hazırlayıb.
Bizim.Media xəbər verir ki, filmi ərsəyə gətirməkdə məqsəd bu ölkəni Azərbaycan izləyicisinə olduğu kimi təqdim etməkdir.
Dar-ul-hərb” (“Müharibə evi”) adlanacaq film üçün Real TV-nin çəkiliş heyəti Əfqanıstanın müxtəlif ərazilərində olub, əfqan xalqının son illər ərzində yaşadığı dəhşətləri lentə alıb. Komandasının səfərə yollandıqları gün də ölkədə terror baş verib.
Çəkiliş qrupunun 10 metr yaxınlığında bina partladılıb. Filmdə həmin hadisə də yer alıb.
Eyni zamanda filmdə eksklüziv olaraq çəkiliş qrupu Taliban liderlərindən müsahibə almaq fürsəti də əldə edib. Müəllifin konkret suallarını 1 ildir ki, hakimiyyətdə olan və Əfqanıstana nəzarət edən Taliban qruplaşmasının liderləri Zabiullah Mujahid və Abdul Basir Sabiri cavablandırıb.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru isə Arif Zeynalovdur. Film 17 noyabr saat 20.00–da Real TV-də yayımlanacaq.
Bizim.Media