"Azərbaycana yönləndirilən dini təhdidlər səngimir" - Dövlət Komitəsi

Hazırda oxunan: "Azərbaycana yönləndirilən dini təhdidlər səngimir" - Dövlət Komitəsi

104247

"Dini mövqedən Azərbaycana yönəldilən təhdidlər, təsirlər bir an belə səngimir. Ona görə də biz ölkəmizdə dini təhlükəsizlik məsələlərinə hər zaman önəm veririk. Bu ənənəni ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi qəbul edərək diqqət mərkəzində saxlayırıq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Yaxın Şərqdə baş verən proseslərə nəzər saldıqda görürük ki, həmin bölgədə dini təhlükəsizlik məsələləri zamanında həll edilsəydi, bu problemlər çözülsəydi, indi orada başqa mənzərə olardı:

"Zamanında məzhəbçilik zəminində baş verən proseslər vətəndaş müharibəsi, dağıntılar və kütləvi insan qırğını ilə nəticələndi. Ona görə də müsəlman dünyası, o cümlədən Şərq ölkələri üçün dini təhlükəsizliyin təminatı olduqca vacib məsələdir. Azərbaycan da bu təhdidlərdən, bu proseslərdən sığortalanmayıb. Çünki dini mövqedən Azərbaycana yönlədirilən təhdidlər, təsirlər bir an belə səngimir. 

Ona görə də biz ölkəmizdə dini təhlükəsizlik məsələlərinə hər zaman önəm veririk. Bu ənənəni ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi qəbul edərək diqqət mərkəzində saxlayırıq. 

Ölkəmizin din siyasətinə nəzər saldıqda iki başlıca vəzifə qarşımızda durur. Birincisi, dini etiqad, din azadlığının təminatı dövlətimizin din siyasəti üçün prioritet məsələdir. Ona görə də, bütün dini konfessiyaların nümayəndələrinə dövlət tərəfindən kifayət qədər diqqət və qayğı göstərilir. İkinci bir istiqamət dini təhlükəsizliyin təminatıdır. 

Bu iki məsələ bir-birinə o qədər bağlıdır ki, birində hər hansı gərginlik olarsa, digərinə təsir göstərir. Ona görə də dini təhlükəsizliyin təminatı elə din azadlığının təminatı üçün başlıca bir elementdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO