Moldovada Azərbaycan məktəbi - VİDEO

Moldovada Azərbaycan məktəbi - VİDEO

Hazırda oxunan: Moldovada Azərbaycan məktəbi - VİDEO

104104

Moldovanın Kişinyov şəhərində bu ilin avqustundan Azərbaycan həftə sonu məktəbi fəaliyyət göstərir. Həftədə bir dəfə şənbə günü iki saat olmaqla orda yaşayan azərbaycanlı ailələrin uşaqlarına ana dilimiz tədris olunur.

Bizim.Media xəbər verir ki, məktəbin müəllimi Səidə Səfərova bildirib ki, məktəbin fəaliyyətə başlaması qısa zaman kəsiyində müsbət təsirini göstərib.

“Nəinki müəyyən yaşdan sonra Moldovaya köçən, hətta Azərbaycanı heç vaxt görməyib, bu ölkədə doğulub böyüyən uşaqlar və valideynlərdə belə Azərbaycana, Qarabağa qarşı xüsusi maraq yaranıb”, deyə o, qeyd edib.
Xatırladaq ki, bu il aprelin 22-də mədəniyyət paytaxtımız Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında Prezident ilham Əliyevin diaspora təmsilçilərinin qarşısına qoyduğu tələblərdən biri xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlılığnı təmin etmək olub.

Moldova Azərbaycanlıları Konqresi də bu tapşırığı yerinə yetirib ilk addım atanlardandır. 

Ətraflı REAL TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO