Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib.
Təkrar baxış zamanı çamadanda olan "Nesquik" və "İntense" kakao qutuları, "Baby Wipes" nəm salfet paketi və "Kenwood" markalı şirəçəkən maşının içində, ümumilikdə 10 ədəd sellofan büküm aşkar olunub.
Həmin bükümlərin içərisindən isə müxtəlif ölçüdə brilliant qaşlar aşkara çıxarılıb.
Bizim.Media