Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazandı

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazandı

Hazırda oxunan: Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazandı

104047

Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnir davam edir.

Bizim.Media xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 7 boksçusu rinqə çıxıb. Onlardan Malik Həsənov (63,5 kq) döyüşmədən qalib elan edilib.

O, yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) qarşılaşmalı olsa da, rəqib öz komandası ilə birgə turnirdən ayrılıb. Həsənov həlledici döyüşdə Roman Samuellə (Rumıniya) mübarizə aparacaq.

Sərxan Əliyev (71 kq) dörddəbir final mərhələsi çərçivəsində Soma Mesteri (Macarıstan) sınağa çəkib. Gərgin keçən qarşılaşma dünya çempionatının mükafatçısının xeyrinə başa çatıb. Bu qələbə ilə özü üçün azı bürünc medalı təmin edən Əliyev yarımfinalda polşalı Damyan Durkajla qüvvəsini sınayacaq. Həmçinin yarımfinalda Sian Reddi (İrlandiya) ilə döyüşən Nəbi İsgəndərov (67 kq) rəqibinə heç bir şans verməyib. Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Avropa çempionatının mükafatçısı finalda polşalı Pavel Suleçki ilə münasibətinə aydınlıq gətirəcək.

Murad Allahverdiyev (80 kq) də rinqdən qalib ayrılıb. O, yarımfinalda Valeri Razmeritaya (Moldova) öz gücünü göstərib. Təmsilçimiz finalda digər moldovalı Andrey Çiryasovla qarşılaşacaq. Alfonso Dominqes (86 kq) isə Tomaş Nyedzvyeçkini (Polşa) məğlub etməkdə çətinlik çəkməyib. Yarımfinalda inamlı qələbə qazanan dünya çempionumuz finalda polşalı Klemens Şepanyakla üz-üzə gələcək.

Səksən altı kiloqram çəki dərəcəsində mübarizə aparan digər boksçumuz Eldar Quliyev isə bürünc medalla kifayətlənib. Dominqesin rəqibi olacaq Şepanyak onunla döyüşdən qalib ayrıldığından təmsilçimiz turniri üçüncü pillədə bitirib. Rauf Rəhimov (92 kq) da Polşada 3-cü yeri tutub. O, yarımfinalda Mateuş Berezniçkiyə (Polşa) məğlub olub. Tayfur Əliyev (60 kq) isə dörddəbir final mərhələsi çərçivəsində Krasimir Djurovla (Bolqarıstan) qarşılaşıb və məğlub olub.

İndiyədək iki boksçumuz bürünc medalı rəsmiləşdirib, beş idmançımız isə finalda döyüşəcək. Yığmamızın daha dörd üzvü isə yarımfinal qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, 16 ölkənin iştirakı ilə keçirilən turnirə noyabrın 13-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO