“Paşinyan bütün məsuliyyəti rusların boynuna atır” - POLİTOLOQUN ŞƏRHİ 

“Paşinyan bütün məsuliyyəti rusların boynuna atır” - POLİTOLOQUN ŞƏRHİ 

Hazırda oxunan: “Paşinyan bütün məsuliyyəti rusların boynuna atır” - POLİTOLOQUN ŞƏRHİ 

103979

“Ermənistan baş naziri Nikol Paşinyan bir tərəfdən bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə yenə də ölkəmizin daxili işlərinə qarışmaqda davam edir. O, münaqişə həll olunmadan Rusiya sülhməramlılarını geri çəkərsə, əraziyə beynəlxalq sülhməramlı qüvvələr nəzarət edəcəyini də vurğulayıb. Paşinyan həmçinin ABŞ-ın regiondakı rolunu tərifləyərək bəyan edib ki, Vaşinqtonun bölgəmizə qarışması bizi sevindirir”.

Bu sözləri Bizim.Media-ya Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamalarını şərh edərkən politoloq Cümşüd Nuriyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan Azərbaycanla sülh barədə Türkiyənin mövqeyini qəbul edir” – Paşinyan


Politoloq bildirir ki, Paşinyan bu kimi sərsəm açıqlamaları ilə idarə olunmayan ağılsız bir istiqamətdə hərəkət etdiyini nümayiş etdirir. Paşinyanın yeri dəlixanadır:

“O bununla psixoloji problemlərinin olduğunu göstərir. Axşam bir fikir bildirir, səhər isə tamam fərqli fikirlər səsləndirir. Paşinyanın bu fikirləri tragikomediya janrında olan fikirlərdir. Bir tərəfdən o, erməniləri qızışdırır. Digər tərəfdən, bütün məsuliyyəti rusların boynuna atır. Başqa bir tərəfdən isə, ABŞ-ı tərifləyir. Ondan baş nazir olmaz, yeri dəlixanadır. Çünki Soçi görüşündən indiyədək ən azı bir-birinə zidd 7-8 istiqamətdə  açıqlamalarla çıxış edib”.  

Cümşüd Nuriyev qeyd edir ki, Rusiya sülhməramlılarının Qarabağdan çəkilməsindən sonra beynəlxalq sülhməramlıların əraziyə dəvət olunması nonsensdir:  

“Beynəlxalq hüquqda belə bir şey yoxdur. Paşinyan əvvəlki fikirlərində söyləyir ki, Qarabağda gələcəkdə hər hansı bir hadisənin olmayacağını Rusiya bəyan etsin. Bu təxribat xarakterli gedişdir. Ərazi Azərbaycanındır. İlham Əliyev bəyan edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsələr, digər vətəndaşların malik olduqları bütün hüquqlar onlara da şamil ediləcək. Soçi görüşündə isə, Azərbaycan Prezidenti bəyan edib ki, Dağlıq Qarabağ məsələsi iki il öncə həll olunub. Paşinyanın bu bəyanatlarının heç bir hüquqi və siyasi əsası yoxdur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO