''Koronavirusun yenidən artması baş verə bilər, əgər...''- Səhiyyə Nazirliyi

''Koronavirusun yenidən artması baş verə bilər, əgər...''- Səhiyyə Nazirliyi

Hazırda oxunan: ''Koronavirusun yenidən artması baş verə bilər, əgər...''- Səhiyyə Nazirliyi

10392

''Tətbiq olunan qaydalara əhali tərəfindən riayət olunmazsa, koronavirusun yenidən artması baş verə bilər''.

Bizim.Media xəbər verir ki,Səhiyyə Nazirliyinin Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva mətbuata açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-dən səs yazısına münasibət: ''Ajiotaj yaradırlar''


O, ölkədə peyvəndlənmə işlərinə start verildiyini, lakin bunun xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbəsi olmadığını söyləyib: 

''
Bundan sonra bir müddət daha hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə gözləməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir''.

Baş direktor bildirib ki, vaksinləmənin əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır:

''Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticimlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır''

Onun sözlərinə görə, əhali arasında xəstələnmə nəticəsində yaranan təbii immunitet, eyni zamanda vaksinləmə tədbirləri nəticəsində yaranan süni immunitet əhalinin 70%-də formalaşarsa, epidemik proses sönəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO