Kommunal sahədə müəyyən tənzimləmələrə ehtiyac yaranıb.
Bizim.media xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının lk plenar iclasında çıxış edən deputat Fazil Mustafa deyib.
MÖVZU İLƏ BAĞLI:
Parlamentin yaz sessiyasının ilk plenar iclası başladı - Gündəlikdə nələr var?
O, bildirib ki, suyun, qazın qiymətiylə bağlı doğru izahat verilməlidir.
“O cümlədən şəhid ailələri ilə bağlı problemə aidiyyatı qurumlar doğru izah verməli idi. Bu məsələ dövlət başçısına çatan kimi Prezident məsələni həll etdi''.
''Məmur özbaşınalığı müəyyən qədər görülən işlərə töhmət gətirir. Ona görə məsələlərlə bağlı məmurlar vaxtında izahat verməlidirlər”.
Bizim.Media