Gülyanaq prezidentlərin önündə ÇIXIŞ ETDİ - VİDEO

Gülyanaq prezidentlərin önündə ÇIXIŞ ETDİ - VİDEO

Hazırda oxunan: Gülyanaq prezidentlərin önündə ÇIXIŞ ETDİ - VİDEO

103817

Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatının Səmərqənddə IX Zirvə Görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, mötəbər tədbirin bədii hissəsində Xalq artisti Gülyanaq Məmmədova  Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və Qazaxıstan prezidentlərinin qarşısında çıxış edib. 

Milli geyimdə səhnəyə çıxan xanəndə özbək musiqiçilərinin müşayiəti ilə “Şuşanın dağları” xalq mahnısını ifa edib. 

Qeyd edək ki, üç ay əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyevin müvafiq sərəncamı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO