Ermənsitan ordusunun uğursuz döyüş əmliyyatlarından sonra rəsmi İrəvan ümidini ancaq əhaliyə bağlayıb. Orduda baş alan kütləvi fərarilik Ermənistan rəhbərliyində könüllülərdən ibarət dəstələr formalaşdırmaq məcburiyyəti yaradıb. Artıq İrəvan meri Ayk Marutyan Qarabağda döyüşmək üçün könüllülərdən ibarət dəstə toplayıb.
Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, Marutyan baş nazir Nikol Paşinyanın Ermənistandakı bütün şəhər merləri və icma rəhbərlərini müharibəyə çağırışından sonra bu addımı atmaq qərarına gəlib. Meriyanın mətbuat katibi Akop Karapetyan məlumat verib ki, şəhər meri Ayk Marutyanın başçılığı altında könüllülərdən ibarət dəstə formalaşır.
Bizim.Media