Şəki sakini avtomobilini yandırdı

Şəki sakini avtomobilini yandırdı

Hazırda oxunan: Şəki sakini avtomobilini yandırdı

103530

Şəki sakini özünə məxsus “Jiquli”ni yandırıb.

Bizim.Media xəbər verir ki, hadisə noyabrın 9-u saat 22:30-da Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsində baş verib.

1996-cı il təvəllüdlü Şəki şəhər sakini Pərviz Mais oğlu İbadullayevə məxsus “VAZ-2106” markalı, 27 BN 761 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO