Misli Premyer Liqasının 3-cü turunda "Səbail"lə keçirilən oyun "Sabah"ın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, bu oyunda “Sabah”ın formasında 67-ci rəsmi matçına çıxan Amin, bununla da klubun heyətində ən çox matç keçirmiş Saşa Stamenkoviçə çatıb.
2018-2021-ci illər aralığında “Sabah”ın heyətində çıxış etmiş serbiyalı “qolkiper” də komandada məhz bu sayda görüşdə meydana çıxıb.
Qeyd edək ki, Amin 2020-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışır. O, 67 görüşdə (63 ölkə çempionatı, 4 ölkə kuboku) 2 qol vurub.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:21 / 08.11.2022
"Sabah"ın müdafiəçisi komandanın qapıçısına çatdı
Hazırda oxunan: "Sabah"ın müdafiəçisi komandanın qapıçısına çatdı
Hazırda oxunan: "Sabah"ın müdafiəçisi komandanın qapıçısına çatdı
103388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.