Siyəzəndə qəza törədib uzaqlaşan

Siyəzəndə qəza törədib uzaqlaşan "Mercedes" axtarılır - TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Siyəzəndə qəza törədib uzaqlaşan "Mercedes" axtarılır - TƏFƏRRÜAT - FOTO

103121

Bakı-Quba yolunun 112 -ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində Xaçmaza sərnişin aparan "Toyota Prius "markalı avtomobilin aşmasının təfərrüatları məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı sakini, 32 yaşlı Emil Mahmudov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Xaçmaz istiqamətinə gedərkən hələlik sürücüsünün adı bilinməyən "Mercedes" markalı avtomobil onu vurub və “Prius” aşıb.

Nəticədə "Toyota"da olan sərnişin, Xaçmaz sakini Gülyar Dadaşov xəstəxanaya çatdırılıb.

Hazırda yol polisləri qəza törədən və hadisə yerindən uzaqlaşan "Mercedes"in tapılması istuqamətində iş aparılır.
Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu




Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO