Azərbaycanda bəzi dərmanlar kəskin bahalaşdı - VİDEO

Azərbaycanda bəzi dərmanlar kəskin bahalaşdı - VİDEO

Hazırda oxunan: Azərbaycanda bəzi dərmanlar kəskin bahalaşdı - VİDEO

103116

Bəzi dərman preparatları və tibbi vasitələrin qiymətində kəskin artım var. Vətəndaşların sözlərinə görə, qiymətlər son 1-2 ay ərzində 2-3 dəfə yüksəlib. Əczaçılar da qiymət artımını təsdiqləyirlər.

Bizim.Media xəbər verir ki, əksər ekspertlər bahalaşmanı Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.

Qeyd edilir ki, müharibə nəticəsində bu ölkələrdən idxal edilən dərmanların sayında azalma var, bu tendensiya isə qiymət artımına səbəb olub. Mütəxəssislər hesab edirlər ki, bahalaşma daha çox qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyən dərman preparatlarında müşahidə edililir.

Mövzu ilə bağlı danışan millət vəkili Fazil Mustafa hesab edir ki, belə problemlərlə qarşılaşmamaq üçün istehsalı artırmaqla xaricdən idxal edilən dərman vasitələrinə təlabatı azaltmaq lazımdır. Belə olduqda rəqabət mühiti artacaq. Bu isə qiymətlərin stabil olmasına gətirib çıxaracaq.

Məsələni şərh edən ekspert Emin Qəribli bildirib ki, dərman vasitələrin qiymətlərini əlçatan etmək üçün güzəştlər tətbiq edilməlidir.

Qiymət artımı ilə əlaqədar idxalçı şirkətləri ilə əlaqə qurmaq cəhdlərimiz mümkün olmadı.

Qeyd edək ki, qiymətləri tənzimlənən dərman vasitələri ilə bağlı məlumatlar Tarif Şurasının saytında yer alıb. Vətəndaşlar məhz belə preparatların qiymətinin süni şəkildə qaldırılmasını aşkar edərlərsə, aidiyyəti qurumlara məlumat verməlidirlər.
Mövzu bağlı daha XƏZƏR TV-nin hazırladığı ətraflı videomaterialı təqdim edirik.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO