Vətən Müharibəsində DİN 66 şəhid verib 

Vətən Müharibəsində DİN 66 şəhid verib 

Hazırda oxunan: Vətən Müharibəsində DİN 66 şəhid verib 

102992

"Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçib".

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanının müavini general-mayor İnqilab Muradov Zəfər Gününün ikinci ildönümünə həsr olunan mərasimdə deyib.

O bildirib ki, Daxili Qoşunların şəxsi heyətin Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak edib.

"Torpaqların azad olunması zamanı 66 nəfər şəhidlik zirvəsinə ucalıb, 346 nəfər yaralanıb. Dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Minlərlə əməkdaş isə orden və medallarla təltif olunub",-deyə general vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO