Daşkəsəndə narkotik təsiri altında maşın sürən şəxs saxlanıldı - FOTO

Daşkəsəndə narkotik təsiri altında maşın sürən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Daşkəsəndə narkotik təsiri altında maşın sürən şəxs saxlanıldı - FOTO

102793

Daşkəsən rayonunda narkotik vasitənin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücü saxlanılıb.  

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, Daşkəsən rayonu ərazisində hərəkətdə olan “LADA” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.  

Həmin nəqliyyat vasitəsini idarə edən Surxan Həşimovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından o tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə olan istifadə etməsi məlum olub. Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilib.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO