ABŞ prezidenti Donald Tramp beş ölkə vətəndaşının əfvi barədə qərar verib.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Lenora Loqan, Raşella Rid, Çarlz Tenner, Con Bolen və Kertis MakDonald əfv olunub. Cinayətkarlardan R.Rid dələduzluqda, qalanları isə narkotik maddələrə görə təqsirli bilinərək həbs olunmuşdular. Onların beşinin də islah olunduğu bildirilir.
Bizim.Media